İrakli Kobaxidze – ATƏT-in Parlament Assambleyasının Co Uilson səviyyəsinə enməsi faciəvi hadisədir

14:10, 10.07.2026

“ATƏT-in Parlament Assambleyasının qətnaməsi qiymətləndirilməyə belə layiq deyil. ATƏT-in Parlament Assambleyası Co Uilson səviyyəsinə enib”, – bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, sözügedən sənəddən müvafiq nəticələr çıxarılacaq.

“ATƏT-in Parlament Assambleyasının mətni qiymətləndirilməyə belə layiq deyil. Təəssüf ki, bu cür sənədlər təkcə ATƏT-in Parlament Assambleyasına deyil, ümumilikdə ATƏT-ə qarşı Gürcüstan cəmiyyətinin etimadını zəiflədir və bu, çox təəssüf doğurur. ATƏT-in Parlament Assambleyası Co Uilson səviyyəsinə enib. Bu, çox faciəvi hadisədir. Biz bu sənəddən müvafiq nəticələr çıxaracağıq”, – deyə İrakli Kobaxidze bildirib.

Xatırladaq ki, ATƏT-in Parlament Assambleyası Gürcüstanla bağlı amerikalı konqresmen Co Uilson tərəfindən hazırlanmış tənqidi qətnaməni qəbul edib.

Oxşar