İrakli Kobaxidze - ATƏT/DTİHB-nin rəyini tamamilə görməzdən gələn insanlar, indi bizdən onların çağırılmasını xahiş edirlər, yerli seçkilər sağlam formada keçiriləcək
İrakli Kobaxidze - ATƏT/DTİHB-nin rəyini tamamilə görməzdən gələn insanlar, indi bizdən onların çağırılmasını xahiş edirlər, yerli seçkilər sağlam formada keçiriləcək

 

ATƏT/DTİHB-nin rəyini tamamilə görməzdən gələn insanlar, indi bizdən onların çağırılmasını xahiş edirlər, yerli özünüidarəetmə seçkiləri sağlam formada keçiriləcək – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

O, ümumiyyətlə ATƏT/DTİHB-nin özünüidarəetmə seçkilərinə dəvət edilməsi praktikasının olmadığını deyib.

“Ümumiyyətlə, onların özünüidarəetmə seçkilərinə dəvət edilməsi praktikası yoxdur. Kənara çıxmalar baş verir, o cümlədən 2022-ci ildə bizdə kənara çıxma oldu, çünki bu seçkilər parlament seçkiləri mövzusu ilə bağlı idi. Beləliklə, müxtəlif hallarda özünüidarəetmə seçkilərinə də ATƏT/DTİHB-nin dəvət olunması halları olur, lakin bu istisnadır. Standart təcrübəyə əsasən, ATƏT/DTİHB-nin missiyası əsasən parlament seçkilərində dəvət edilir. Müvafiq olaraq, düşünürük ki, onları bu seçkilərlə yükləmək (məşğul etmək) artıq olar. Yerli özünüidarəetmə seçkiləri sağlam formada keçiriləcək. ATƏT/DTİHB parlament seçkilərini müşahidə edirdi, rəy verdi, lakin heç kim bu rəylə maraqlanmadı. ATƏT/DTİHB-nin rəyini tamamilə görməzdən gələn eyni insanlar bu gün bizdən onların çağırılmasını xahiş edirlər” – Kobaxidze bildirib.