İrakli Kobaxidze ATƏT-in Parlament Assambleyasının prezidenti ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ATƏT-in Parlament Assambleyasının (OSCE PA) prezidenti Pere Joan Pons Sampietro ilə görüşüb.
Gürcüstanın Baş nazirinin mətbuat xidmətinin məlumatına əsasən, tərəflər Gürcüstan və ATƏT arasında ikitərəfli əməkdaşlıq gündəliyini müzakirə ediblər.
İrakli Kobaxidzenin qeyd etdiyi kimi, Gürcüstan ATƏT-in, o cümlədən münaqişələrlə əlaqəli məsələlərdə mühüm rolunu təqdir edir.
Görüş zamanı ölkədə gedən siyasi proseslərə, qanunvericilikdə həyata keçirilən dəyişikliklərə və demokratik dövlətdə qanunun aliliyi prinsipinin qorunmasının zəruriliyinə diqqət yönəldilib.
Hökumət Administrasiyasında keçirilən görüşdə xarici işlər naziri Maka Bocorişvili, Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani və Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze iştirak ediblər.