İrakli Kobaxidze - ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə Gürcüstanın demokratik prinsiplərə və insan hüquqlarına olan sadiqliyini müzakirə etdik
İrakli Kobaxidze - ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə Gürcüstanın demokratik prinsiplərə və insan hüquqlarına olan sadiqliyini müzakirə etdik

 

Antalya Diplomatik Forumu çərçivəsində ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşdüm – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze X sosial şəbəkəsində yazır.

Hökumət başçısının qeyd etdiyi kimi, görüşdə Gürcüstanın ATƏT-in təşəbbüslərində iştirakı məsələlərinə toxunulub.

“Gürcüstanın demokratik prinsiplərə və insan hüquqlarına olan sadiqliyini müzakirə etdik. Həmçinin, söhbət zamanı ATƏT-in təşəbbüslərində iştirakımız məsələlərinə toxunduq. Dialoq və əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğuladıq” – İrakli Kobaxidze yazır.