İrakli Kobaxidze - ATƏT ilə tərəfdaşlığımız Gürcüstanın siyasi sabitliyinin və iqtisadi dayanıqlılığının möhkəmləndirilməsi üçün son dərəcə vacibdir
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ATƏT-in baş katibi Feridun Sinirlioğluna Gürcüstanla əməkdaşlığın dərinləşdirilməsində iştirakına görə təşəkkür edir.
Hökumət başçısının X sosial şəbəkəsində qeyd etdiyi kimi, ATƏT ilə tərəfdaşlıq Gürcüstanın siyasi sabitliyinin və iqtisadi dayanıqlılığının möhkəmləndirilməsi üçün son dərəcə vacibdir.
“ATƏT-in baş katibi cənab Feridun Sinirlioğluna Gürcüstana səfəri çərçivəsində ev sahibliyi etdiyim üçün şadam. Baş katibə əməkdaşlığımızın dərinləşməsində iştirakına görə səmimi qəlbdən minnətdaram. Tərəfdaşlığımız Gürcüstanın siyasi sabitliyinin və iqtisadi dayanıqlılığının möhkəmləndirilməsi, eləcə də regional əməkdaşlığın təşviqi və ümumi qlobal çağırışların öhdəsindən gəlmək üçün son dərəcə vacibdir” – İrakli Kobaxidze qeyd edir.