İrakli Kobaxidze Asiya İnkişaf Bankının prezidenti Masato Kanda ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Asiya İnkişaf Bankının (ADB) prezidenti Masato Kanda ilə görüşüb – bu barədə məlumatı Gürcüstan Hökumətinin Administrasiyası yayıb.
Administrasiyanın bildirdiyinə görə, görüşdə Gürcüstan hökuməti ilə ADB arasında mövcud məhsuldar əməkdaşlıq müzakirə olunub.
“Görüşdə vurğulandı ki, Asiya İnkişaf Bankı Gürcüstanın iqtisadiyyatında ən etibarlı tərəfdaşlardan biri kimi mühüm dəstək göstərir.
Gürcüstanda ADB-in investisiya portfeli nəzərdən keçirildi. Qeyd edildi ki, ADB-in investisiyaları həm dövlət, həm də özəl sektorda 5 milyard ABŞ dollarını ötür və turizm infrastrukturu, su təchizatı, nəqliyyat əlaqələri, enerji, regional və bələdiyyə sektorlarının inkişafını hədəfləyən proqramların maliyyələşdirilməsini təmin edir.
Həmçinin, Tbilisidə ADB-in yeni ofisinin açılması Gürcüstan və ADB arasında mövcud uzunmüddətli tərəfdaşlığın daha bir bariz sübutudur”, – məlumatda deyilir.