İrakli Kobaxidze – Asiya İnkişaf Bankının prezidenti ilə iqtisadiyyatın əsas sektorlarında iştirak məsələsini müzakirə etdik, bu institutun investisiya portfeli 5 milyard dolları ötür
Asiya İnkişaf Bankının prezidenti Masato Kanda ilə görüşdə sıx əməkdaşlığımızı və bankın iqtisadiyyatımızın əsas sektorlarında iştirakını müzakirə etdik – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze X sosial şəbəkəsində yazıb.
Baş nazirin sözlərinə görə, Tbilisidə Asiya İnkişaf Bankının yeni nümayəndəliyinin açılması tərəfdaşlığı daha da gücləndirəcək və investisiya və inkişaf üçün yeni imkanlar yaradacaq.
“Məmnunam ki, Gürcüstanda Asiya İnkişaf Bankının prezidenti Masato Kandanı qəbul edirəm. Görüşdə sıx əməkdaşlığımızı və bankın iqtisadiyyatımızın əsas sektorlarında iştirakını müzakirə etdik. Bu beynəlxalq maliyyə institutunun investisiya portfeli 5 milyard ABŞ dollarını ötür. Tbilisidə Asiya İnkişaf Bankının yeni nümayəndəliyinin açılması tərəfdaşlığımızı daha da gücləndirəcək və investisiya və inkişaf üçün yeni imkanlar yaradacaq”, – İrakli Kobaxidze yazıb.