İrakli Kobaxidze – Arzumuz ABŞ ilə strateji tərəfdaşlığın bərpa olunmasıdır, səbirlə Amerika tərəfinin qarşılıqlı mövqeyini gözləyəcəyik
ABŞ səfirliyinin bəyanatı mənim üçün tamamilə anlaşılmazdır, üstəlik, ABŞ səfirliyinin əvvəlki administrasiya dövründə Gürcüstanda süni şəkildə nifrəti körükləməyə çalışan əsas tərəflərdən biri olması fonunda – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.
Baş nazirə “Səfirlik nifrət nitqinə qarşı mübarizə idarəsinə görə narahatlığını ifadə edir” deyə ABŞ səfirliyinin “Azadlıq Radiosu” tərəfindən yayılmış bəyanatı ilə bağlı sual verilib.
Hökumət başçısının sözlərinə əsasən, Gürcüstan hakimiyyətinin arzusu ABŞ ilə strateji tərəfdaşlığı bərpa etməkdir və səbirlə Amerika tərəfinin qarşılıqlı mövqeyini gözləyəcək.
“ABŞ səfirliyinin bəyanatına gəlincə, bu, mənim üçün tamamilə anlaşılmazdır. Üstəlik, ABŞ səfirliyinin əvvəlki administrasiya dövründə Gürcüstanda süni şəkildə nifrəti körükləməyə, yalanı tirajlamağa çalışan əsas tərəflərdən biri olması fonunda. Bundan irəli gələrək, səfirliyin bu bəyanatı mənim üçün anlaşılmazdır. Lakin bu, onların işidir. Biz gürcü cəmiyyətində nifrətin yayılmasına imkan verməmək üçün hər şeyi etməliyik. Gürcü-Amerika münasibətlərinə gəlincə, biz gözləmə rejimindəyik və nikbinliyimizi qoruyub saxlayırıq. Arzumuz strateji tərəfdaşlığın bərpa olunmasıdır və səbirlə Amerika tərəfinin qarşılıqlı mövqeyini gözləyəcəyik” – baş nazir bildirib.