İrakli Kobaxidze - Artıq həyata keçirilmə mərhələsində olan layihəni "Eagle Hills"in təsisçisi ilə müzakirə etdik, bu investisiya ölkənin iqtisadi potensialının inkişafına xüsusilə töhfə verəcək
Artıq həyata keçirilmə mərhələsində olan layihəni “Eagle Hills”in təsisçisi ilə müzakirə etdik. Tikinti işləri çox tezliklə başlayacaq və bu layihənin konkret aspektlərini bir daha müzakirə etdik – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Birləşmiş Ərəb Əmirliklərində jurnalistlərə deyib.
Hökumət başçısı bildirib ki, bu, ən uğurlu layihələrdən biri olacaq.
“Bildiyiniz kimi, Gürcüstan tarixində ən böyük investisiya layihəsidir. Ümumi həcmi 6.5 milyard dollardan çoxdur. Müvafiq olaraq, təbii ki, bu investisiya ölkəmizin iqtisadi potensialının inkişafına xüsusilə töhfə verəcək” – baş nazir bildirib.