İrakli Kobaxidze – Antonio Quterreşlə görüşdə Gürcüstanla BMT arasında əməkdaşlığı, BMT-nin Gürcüstanda münaqişənin həlli prosesində rolunu müzakirə etdik

10:59, 24.09.2026

BMT-nin baş katibi Antonio Quterreşlə görüşdə Gürcüstanla BMT arasında əməkdaşlığı müzakirə etdik. Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “X” sosial şəbəkəsində yazıb.

Hökumət başçısının sözlərinə görə, tərəfdaşlığın daha da gücləndirilməsi imkanları da müzakirə olunub.

“BMT-nin baş katibi Antonio Quterreşlə görüşməkdən məmnunam. Görüşdə Gürcüstanla BMT arasında əməkdaşlığı, BMT-nin Gürcüstanda münaqişənin həlli prosesində rolunu və tərəfdaşlığın daha da gücləndirilməsi imkanlarını müzakirə etdik”, – Baş nazir qeyd edib.

Oxşar