İrakli Kobaxidze – Anti-korrupsiya tədbirləri milli təhlükəsizliyin ayrılmaz hissəsidir, cəmiyyət nəticələri hər gün görür, gələcəkdə də korrupsiya cinayətinə qarşı barışmaz olacağıq

13:48, 01.08.2026

 

Terrorizmə qarşı mübarizə istiqamətində çox mühüm addımlar atılıb. Profilaktik tədbirlər nəticəsində biz bir çox təhlükələrin qarşısını aldıq – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Dövlət Təhlükəsizliyi Xidmətinin yaradılmasının 11-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

İrakli Kobaxidze, anti-korrupsiya tədbirlərinin milli təhlükəsizliyin ayrılmaz hissəsi olduğunu deyib.

“Bu istiqamətdə fəal işin nəticələrini cəmiyyətimiz hər gün görür. Biz gələcəkdə də hər növ korrupsiya cinayətinə qarşı barışmaz olacağıq və hər kəs qanun qarşısında ən sərt şəkildə cavab verəcək.

Bütün bu nailiyyətlərdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının rolu xüsusidir, onların layiqincə qiymətləndirilməsi Gürcüstan hökumətinin əsas prioritetlərindən biridir. Biz iş şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırdıq, maaşı artırdıq və xidmətdə sosial müdafiə zəmanətlərini möhkəmləndirdik, bunun qayğısına gələcəkdə də qalmağa davam edəcəyik.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi cənab Qeka Qeladzeyə, xidmətin rəhbərliyinə və hər bir əməkdaşına təşəkkür edirəm. Sizin vətənpərvərliyiniz, ləyaqətiniz və peşəkarlığınız övladlarımızın təhlükəsiz gələcəyini təmin edir.

Sizi bir daha peşə gününüz münasibətilə təbrik edir və Gürcüstan hökuməti adından tam dəstək ifadə edirəm!” – hökumət başçısı bildirib.

Oxşar