İrakli Kobaxidze Antalya Diplomatiya Forumunun açılış sessiyasında iştirak edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Antalya Diplomatiya Forumunun açılış sessiyasında iştirak edib. Bu barədə məlumatı Hökumət Administrasiyası yayıb.
Hökumət Administrasiyasının məlumatında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın forumun açılışını etdiyi deyilir. Türkiyə Prezidenti sülhün təmin edilməsində diplomatiyanın roluna diqqət yönəldib.
Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan açılış mərasimində çıxış edib. Antalya Diplomatiya Forumu Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin təşkilatçılığı və Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi altında beşinci dəfə keçirilir. Gələcəyin müəyyənləşdirilməsi və risklərin idarə olunması 2026-cı ilin forumunun əsas mövzusudur.
Forum artan geosiyasi çağırışlar fonunda diplomatiyanın, beynəlxalq əməkdaşlığın və konstruktiv dialoqun əhəmiyyətini müzakirə edəcək siyasi liderləri, diplomatları, akademik dairələr və biznes nümayəndələrini bir araya gətirir” – Hökumət Administrasiyasının yaydığı məlumatda deyilir.