Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyədə aprelin 11-13-də keçiriləcək Antalya Diplomatiya Forumunda iştirak edəcək. Bu haqda məlumatı Hökumət Administrasiyası yayır.
Administrasiyanın məlumatına əsasən, 2025-ci ilin forumunun əsas mövzusu “Parçalanmış dünyada diplomatiyanın bərpası”dır və o, artıq dördüncü dəfədir keçirilir.
“Antalya Diplomatiya Forumuna toplaşan dünya liderləri, siyasətçilər, elm adamları, biznes, media və vətəndaş cəmiyyəti nümayəndələri müasir dünyada diplomatiyanın üzləşdiyi çağırışları, diplomatiyanın rolu və əsas prinsiplərini, münaqişələrin həlli vasitələrini və vasitəçilik strategiyalarını müzakirə edəcəklər. Baş nazir İrakli Kobaxidze Antalya Diplomatiya Forumunda Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili ilə birlikdə iştirak edəcək” – Gürcüstan hökumətinin məlumatında deyilir.