İrakli Kobaxidze - Anri Oxanaşvili ləyaqətli, vicdanlı və peşəkar insandır, bunlar Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsini tutmaq üçün zəruri olan keyfiyyətlərdir
Anri Oxanaşvili peşəkar, ləyaqətli və vicdanlı insandır və məhz bunlar Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsini tutmaq üçün zəruri olan keyfiyyətlərdir – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Dövlət Təhlükəsizliyi Xidmətində qurumun yeni rəhbəri Anri Oxanaşvilini təqdim edərkən bildirib.
Həmçinin, hökumət başçısı Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərinin yeni müavinləri – İrakli Beraia, Qela Qeladze və Levan Xaranauliyə uğurlar arzulayıb.
“Dövlət Təhlükəsizliyi Xidmətinin yeni rəhbəri, cənab Anri Oxanaşvilini sizlərin önündə rəsmi olaraq təqdim etmək istərdim. O, bütün bu illər ərzində dövlətə, ölkəmizin maraqlarına sədaqətlə xidmət edirdi. Xüsusilə, Gürcüstan Parlamentində fəaliyyət göstərərkən, Hüquq Komitəsinin rəhbəri idi, daha sonra Gürcüstanın ədliyyə naziri təyin olundu, burada çox qısa bir müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, çox mühüm dəyişikliklər həyata keçirdi. Mən tam əminəm ki, cənab Anri Oxanaşvili bu çox mühüm xidmətin çox layiqli rəhbəri olacaq. O, dövlət xidmətinə layiqincə rəhbərlik etmək üçün bütün keyfiyyətlərə malikdir. O, əsl peşəkardır, ləyaqətli və vicdanlı insandır və məhz bunlar Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsini tutmaq üçün zəruri olan keyfiyyətlərdir” – baş nazir bildirib.