İrakli Kobaxidze: “Anakliyaya investorlar və konkret dövlətlər tərəfindən böyük maraq var. Bizim üçün əsas məsələ sərfəli müqavilə bağlamaqdır və bu proses tamamilə açıq olacaq”
Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib ki, Anakliyaya investorlar və konkret dövlətlər tərəfindən çox böyük maraq var.
Kobaxidzenin sözlərinə görə, əsas məqsəd Anakliya terminallarının idarə olunması ilə bağlı mümkün qədər sərfəli müqavilənin bağlanmasıdır.
“Anakliyaya investorlar və konkret dövlətlər tərəfindən çox böyük maraq var. Hamı maraq göstərir. Bizim üçün əsas məsələ Anakliya terminallarının idarə olunması ilə bağlı mümkün qədər sərfəli müqavilə bağlamaqdır. Bu proses tamamilə açıq olacaq”, – deyə İrakli Kobaxidze bildirib.