İrakli Kobaxidze - Amnistiya humanist hərəkətdir, bu, sürücülük vəsiqələri ilə bağlı amnistiyaya da aiddir, hər kəsdən avtomobilin idarə edilməsinə maksimal şəkildə məsuliyyətlə yanaşmağı xahiş edirəm
İstənilən amnistiya humanist hərəkətdir, bu, sürücülük vəsiqələri ilə bağlı amnistiyaya da aiddir – bu haqda baş nazir İrakli Kobaxidze jurnalistlərə deyib.
Hökumət başçısı hər bir vətəndaşı avtomobilin idarə edilməsinə maksimal şəkildə məsuliyyətlə yanaşmağa çağırıb.
“Bu akt humanist mülahizədən irəli gələrək qəbul edilib. Parlamentə hökumətin təşəbbüsünü dəstəklədiyinə görə təşəkkür etmək istəyirəm. Bu, sürücülük vəsiqələri dayandırılmış 30 000-dən çox həmvətənimiz üçün bir növ Yeni il hədiyyəsidir. Buradaca, bütün həmvətənlərimizdən avtomobilin idarə edilməsinə maksimal şəkildə məsuliyyətlə yanaşmağı xahiş edirəm və buna çağırış edirəm, ən baş problem içkinin təsiri altında avtomobil idarə etməkdir. Hər kəs bundan çəkinməlidir və bu, hər bir həmvətənimizə yönəlik xahişimiz və çağırışımızdır” – baş nazir bildirib.