İrakli Kobaxidze - Amerika Birləşmiş Ştatlarının sülh planını dəstəkləyirik, müharibəni uzatmağa yox, sülhə yönəlmiş qətnaməyə qoşulmağımız mühümdür
Bu üç il ərzində 600-dən çox sənədə, o cümlədən, müxtəlif qətnamələr, beynəlxalq formatda qəbul edilmiş, Rusiyanın Ukraynaya hərbi təcavüzünü pisləyən, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən sənədlərə qoşulmuşuq və bununla bağlı mövqeyimiz dəyişməz olaraq qalır – bu haqda baş nazir İrakli Kobaxidze jurnalistlərə açıqlayıb.
Gürcüstanın ABŞ tərəfindən BMT-yə təqdim edilmiş qətnaməni niyə dəstəkləməsi sualına, hökumət başçısı qeyd edib ki, Gürcüstan konkret olaraq ABŞ-nin “Dərin dövlət”in heç bir müdaxiləsi olmadan hazırlanmış qətnaməsini dəstəkləyib.
“Biz ABŞ tərəfindən hazırlanmış və Ukraynanı dəstəkləyən qətnaməyə qoşulmuşuq. Biz konkret olaraq ABŞ-nin “Dərin dövlət”in heç bir müdaxiləsi olmadan hazırlanmış qətnaməsini dəstəklədik. Biz ABŞ hakimiyyətinin sülh planını dəstəkləyirik və ümid edirik ki, bu plan tezliklə uğurlu olacaq. Müharibəni uzatmağa yox, sülhə yönəlmiş subyektin qətnaməsinə qoşulmağımız mühümdür. Biz hər şeyə diqqət yetiririk. Bir daha təkrar edirəm, Rusiyanın Ukraynaya hərbi təcavüzünü pisləyirik və Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik” – baş nazir bildirib.