İrakli Kobaxidze - Almaniya səfiri üçün çağırılma böyük şərəf olardı, Almaniyanın Gürcüstanda səfirinin olmaması ən düzgün statusdur
Almaniya səfiri üçün çağırılma çox böyük şərəf olardı, əslində bu gün Almaniyanın Gürcüstanda səfiri yoxdur – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Almaniyanın Gürcüstandakı səfiri Peter Fişerin bəyanatı ilə bağlı ünvanlanmış suala cavab olaraq jurnalistlərə bildirib.
Almaniya səfirinin “Gürcüstanda iqtisadi vəziyyəti tezliklə dəyişəcək, çünki Ukraynada yaranan proseslər iqtisadiyyatı artıran amilləri yaradıb, lakin bu müvəqqətidir” bəyanatı ilə bağlı İrakli Kobaxidzeyə sual ünvanlanıb və bununla yanaşı səfirin çağırılması ilə əlaqədar parlament çoxluğunun üzvü İrakli Zarkuanın mövqeyi ilə bağlı da sual veriblər.
“Məncə, Almaniya səfiri üçün çağırılma çox böyük şərəf olardı. Bundan irəli gələrək, düşünmürəm ki, biz belə bir qərar qəbul etməliyik. Əslində bu gün Almaniyanın Gürcüstanda səfiri yoxdur. Bu, bu gün Gürcüstandakı dırnaqarası səfirə yaraşan ən doğru statusdur” – Kobaxidze bildirib.