İrakli Kobaxidze – Alen Berse ilə Gürcüstan və Avropa Şurası arasında qarşılıqlı hörmətə əsaslanan gələcək əməkdaşlıq imkanları haqda danışdıq

21:00, 23.09.2026

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Şurasının baş katibi Alen Berse ilə görüşünə “X” sosial şəbəkəsində münasibət bildirir.

Baş nazirin qeyd etdiyi kimi, görüşdə Gürcüstan və Avropa Şurası arasındakı münasibətlər haqda danışıblar.

“Avropa Şurasının baş katibi Alen Berse ilə görüşdə Gürcüstan və Avropa Şurası arasındakı münasibətlər, eləcə də qarşılıqlı hörmətə və konstruktiv dialoqa əsaslanan gələcək əməkdaşlıq imkanları haqda danışdıq” – İrakli Kobaxidze qeyd edir.

İrakli Kobaxidze Avropa Şurasının baş katibi ilə Nyu-Yorkda, BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində görüşüb.

Oxşar