Gürcüstanın Baş naziri İrakli Kobaxidze Antalya Diplomatiya Forumu çərçivəsində Avropa Şurasının baş katibi Alen Berse ilə görüşüb.
Gürcüstan Hökumət Administrasiyasının məlumatına əsasən, görüşdə Gürcüstan və Avropa Şurası arasında mövcud əməkdaşlığa toxunulub.
“Tərəflər ölkənin Avropaya inteqrasiya yolunda mövcud çağırışları və Gürcüstanda gedən siyasi prosesləri müzakirə ediblər. Baş nazir son dövrlərdə inkişaf edən hadisələr barədə Avropa Şurasının baş katibinə ətraflı məlumat verib” – məlumatda qeyd olunub.