İrakli Kobaxidze - Alen Berse ilə görüş zamanı əməkdaşlığı daha da gücləndirməyə və fəal dialoqu davam etdirməyə hazır olduğumuzu təsdiqlədik
İrakli Kobaxidze - Alen Berse ilə görüş zamanı əməkdaşlığı daha da gücləndirməyə və fəal dialoqu davam etdirməyə hazır olduğumuzu təsdiqlədik

 

Antalya Diplomatiya Forumu çərçivəsində Avropa Şurasının baş katibi cənab Alen Berse ilə səmərəli görüşüm oldu – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze X sosial şəbəkəsində yazır.

Hökumət başçısının qeyd etdiyi kimi, görüş zamanı Avropa Şurası ilə əməkdaşlığın vacibliyi vurğulanıb.

“Antalya Diplomatiya Forumu çərçivəsində Avropa Şurasının baş katibi cənab Alen Berse ilə səmərəli görüşüm oldu. Görüş zamanı Avropaya inteqrasiya yolunda demokratik islahatlar prosesinə dəstək verən amil kimi Avropa Şurası ilə əməkdaşlığın vacibliyini vurğuladım. Görüş zamanı əməkdaşlığı daha da gücləndirməyə və fəal dialoqu davam etdirməyə hazır olduğumuzu təsdiqlədik” – baş nazir qeyd edir.