İrakli Kobaxidze Albaniyanın paytaxtı Tiranada Avropa Siyasi Birliyinin zirvə toplantısında iştirak edir
İrakli Kobaxidze Albaniyanın paytaxtı Tiranada Avropa Siyasi Birliyinin zirvə toplantısında iştirak edir

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Şurasının prezidenti Antonio Koştanın dəvəti ilə Albaniyanın paytaxtı Tiranada Avropa Siyasi Birliyinin (EPC) zirvə toplantısında iştirak edir.

Albaniyanın Baş naziri Edi Rama zirvə toplantısında iştirak edən liderlərə ev sahibliyi edir. Gürcüstanın Baş nazirinin bəyan etdiyi kimi, Avropa Siyasi Birliyinin zirvə toplantısında ölkənin fundamental milli maraqları ilə əlaqəli əsas mesajlar barədə danışacaq.

“Zirvə toplantısında Avropadan bütün ölkələrin liderləri təmsil olunacaq. Dəyirmi masa formatında çıxış etmək imkanım olacaq. Həmçinin, bu formatdan müxtəlif ölkələrin liderləri ilə söhbət etmək üçün istifadə edəcəyik. Təbii ki, ölkəmizin fundamental milli maraqları ilə əlaqəli əsas mesajlar barədə danışacağıq” – İrakli Kobaxidze bildirib.

Hökumət başçısı EPC-nin altıncı konfransının açılış sessiyasında iştirak edib və bundan sonra konfransda iştirak edən liderlər birgə şəkil çəkdiriblər. Avropa Siyasi Birliyinin 6-cı zirvə toplantısında 50-yə qədər ölkənin lideri, Avropa və beynəlxalq təsisatların rəhbərləri iştirak edirlər.

Gürcüstanın Baş naziri xarici işlər naziri Maka Bocorişvili və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjolianinin daxil olduğu nümayəndə heyəti ilə birlikdə Avropa Siyasi Birliyinin zirvə toplantısındadır.

Məlumatı Gürcüstan hökuməti yayır.