İrakli Kobaxidze - Acaradakı vəziyyətlə tanış olduq, ən çox Batumidə, Kobuletidə, eləcə də Xelvaçauridə problemlər var idi, lakin intensiv işlər nəticəsində yollar əhəmiyyətli dərəcədə təmizlənib
İrakli Kobaxidze - Acaradakı vəziyyətlə tanış olduq, ən çox Batumidə, Kobuletidə, eləcə də Xelvaçauridə problemlər var idi, lakin intensiv işlər nəticəsində yollar əhəmiyyətli dərəcədə təmizlənib

 
Bu gün Acaradakı vəziyyətlə tanış olduq, bu günlər ərzində işlər intensiv şəkildə aparılıb, ən çox Batumidə, Kobuletidə, eləcə də Xelvaçauridə problemlər var idi, lakin intensiv işlər nəticəsində yollar əhəmiyyətli dərəcədə təmizlənib – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Kobuletidə jurnalistlərə deyib.

Hökumət başçısı Acara Muxtar Respublikasının hökumətinə və problemin operativ şəkildə aradan qaldırılmasına qayğı göstərən bütün xidmətlərə təşəkkürünü bildirib.

“Ən çox problem bu bölgədə olduğu üçün biz əsasən Quriyaya diqqət yetirmişik. Lakin, bu gün Acaradakı vəziyyətlə tanış olduq, bu günlər ərzində işlər intensiv şəkildə aparılıb, ən çox Batumidə, Kobuletidə, eləcə də Xelvaçauridə problemlər var idi, lakin intensiv işlər nəticəsində yollar əhəmiyyətli dərəcədə təmizlənib. Elektrik enerjisinin verilməsinə gəlincə, lokal hallar var, ancaq bizə deyildiyi kimi, ən geci sabaha qədər hər yerdə artıq elektrik enerjisi olacaq. İşlər intensiv şəkildə aparılır və hamıya, Acara Muxtar Respublikasının hökumətinə və problemin operativ şəkildə aradan qaldırılmasına qayğı göstərən bütün xidmətlərə təşəkkür etməliyik” – İrakli Kobaxidze bildirib.