İrakli Kobaxidze - Ağır biznes və siyasi keçmişə malik insanlar Dubay möcüzəsinin yaradıcı şirkətinin nüfuzuna irad tuturlar
Ağır biznes və siyasi keçmişə malik insanlar Dubay möcüzəsinin yaradıcı şirkətinin nüfuzuna irad tuturlar – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə interpelyasiya qaydası ilə çıxışı zamanı deyib.
Kobaxidze ərəb investisiyasından danışarkən şirkətin dünyada yaxşı nüfuza malik olduğunu bildirib.
“Emaar”, “Eagle Hills” Dubay möcüzəsinin yaradıcısıdır. Məhz onlar tərəfindən həyata keçirilən layihələr nəticəsində Dubayın təkcə turizm potensialı deyil, həm də ümumi iqtisadi potensialı da bir neçə dəfə artıb. Belə bir şirkətin nüfuzuna çox ağır, o cümlədən biznes və siyasi keçmişə malik insanlar irad tuturlar. Hər şey yəqin ki, ictimaiyyət üçün aydındır. Dubayın mərkəzindən keçərkən görəcəksiniz ki, binaların təxminən 80 faizini, o cümlədən dünyada ən hündür binanı – “Bürc-Xəlifə”ni məhz bu şirkət tikib. Bu şirkətin beynəlxalq nüfuzunun necə olması başa düşüləndir. Lakin, burada da rəqiblər “Eagle Hills” və “Emaar” şirkətinin nüfuzuna irad tutmağı bacarırlar” – Kobaxidze bildirib.