İrakli Kobaxidze “Afisha” mehmanxanasına baxış keçirib
İrakli Kobaxidze “Afisha” mehmanxanasına baxış keçirib

 
Gürcüstanın Baş naziri İrakli Kobaxidze birinci vitse-baş nazir Levan Davitaşvili və paytaxtın meri Kaxa Kaladze ilə birlikdə “Afisha” mehmanxanasına baxış keçirib.

Hökumət başçısı mehmanxananın açılışı münasibətilə təsisçiləri və rəhbərləri təbrik edib.

On mərtəbəli “Afisha” mehmanxanası 118 otaqdan, üç iaşə obyektindən, spa zonasından və konfrans məkanından ibarətdir.

Hökumət Administrasiyasının mətbuat xidmətinin məlumatında, layihəyə 20 milyon ABŞ dolları sərmayə qoyulduğu deyilir.