İrakli Kobaxidze - ABŞ səfirliyi, USAID, NED xalqa və gürcü dövlətinə qarşı fəaliyyət göstərirdi, bu çirkin təcrübəyə yeni administrasiya şəraitində son qoyulacağına böyük ümid bəsləyirik
ABŞ-ın Gürcüstandakı səfirliyi və USAID, eləcə də NED və digər təsisatlar gürcü xalqına və gürcü dövlətinə qarşı koordinasiyalı şəkildə fəaliyyət göstərirdilər – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Qazaxıstanda jurnalistin ABŞ dövlət katibi Marko Rubionun USAID-in fəaliyyətinə dair bəyanatı ilə bağlı sualına cavabında bildirib.
Baş nazir yeni administrasiya şəraitində, ABŞ səfirliyinin gürcü xalqına və gürcü dövlətinə münasibətinin dəyişəcəyinə və səfirlik, USAID, NED və digər müvafiq subyektlər arasında mövcud çirkin koordinasiyaya son qoyulacağına böyük ümid bəsləyir.
“Dəyişikliklərdən söhbət gedirsə, bu dəyişikliklər USAID, NED, eləcə də səfirliyin fəaliyyətinə eyni dərəcədə şamil edilməlidir. Yeni administrasiya şəraitində, ilk növbədə, məhz ABŞ səfirliyinin gürcü xalqına və gürcü dövlətinə münasibətinin dəyişəcəyinə və səfirlik, USAID, NED və digər müvafiq subyektlər arasında mövcud çirkin koordinasiyaya son qoyulacağına çox böyük ümid bəsləyirik” – İrakli Kobaxidze bildirib.