İrakli Kobaxidze ABŞ-nin Gürcüstandakı səfirinin vəzifəsini icra edən Kortni Ostrian ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-nin Gürcüstandakı səfirinin vəzifəsini icra edən Kortni Ostrian ilə görüşüb. Məlumatı Hökumət Administrasiyası yayır.
Hökumət Administrasiyasının məlumatında, İrakli Kobaxidzenin Kortni Ostrianı vəzifəyə təyin olunması münasibətilə təbrik etdiyi və ona uğurlar arzuladığı deyilir.
“Görüşdə tərəflər Gürcüstan–ABŞ münasibətlərini müzakirə ediblər. Baş nazir Gürcüstanın ABŞ ilə strateji tərəfdaşlığı təmiz səhifədən bərpa etməyə hazır olduğunu bir daha təsdiqləyib. İrakli Kobaxidze bu prosesdə səfirin vəzifəsini icra edən şəxsin mühüm rolunu vurğulayıb. Görüşdə Gürcüstan Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani iştirak edib” – Hökumət Administrasiyasının yaydığı məlumatda deyilir.