İrakli Kobaxidze - ABŞ-ın yeni administrasiyasının nümayəndələri bəyanatlar səviyyəsində müxtəlif ölkələrin suverenliyinə xüsusi hörmət ifadə edirlər, bu da təqdir ediləsidir
Bu mərhələdə artıq bəyanatlar səviyyəsində ABŞ-ın yeni administrasiyasının nümayəndələrinin müxtəlif ölkələrin suverenliyinə xüsusi hörmət ifadə etməsinə müsbət cavab verə bilərəm – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Hökumət Administrasiyasında keçirilən brifinqdə bildirib.
Baş nazir bildirib ki, Gürcü-Amerika münasibətləri bu əhvali-ruhiyyə üzərində qurularsa, bu münasibətlər mütləq keyfiyyətcə yenidən başlayacaq.
“İstənilən dövlətin milli maraqları əsasıdr. Bu mərhələdə artıq bəyanatlar səviyyəsində ABŞ-ın yeni administrasiyasının nümayəndələrinin müxtəlif ölkələrin suverenliyinə xüsusi hörmət ifadə etməsinə müsbət cavab verə bilərəm. Bu, əlbəttə ki, təqdir ediləsidir. Gürcü-Amerika münasibətləri bu əhvali-ruhiyyə üzərində qurularsa, bu münasibətlər mütləq keyfiyyətcə yenidən başlayacaq” – baş nazir bildirib.