İrakli Kobaxidze ABŞ-ın Gürcüstandakı səfirinin səlahiyyətlərini müvəqqəti icra edən Emi Diasla görüşüb

13:26, 26.08.2026

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-ın Gürcüstandakı səfirinin səlahiyyətlərini müvəqqəti icra edən Emi Diasla görüşüb.
Gürcüstan hökumətinin məlumatına görə, tanışlıq xarakterli görüşdə Gürcüstan-ABŞ münasibətləri müzakirə olunub.
Hökumətin bildirdiyinə əsasən, baş nazir görüş zamanı Gürcüstan hökumətinin ABŞ ilə strateji tərəfdaşlığı “təmiz səhifədən” bərpa etməyə hazır olduğunu bir daha təsdiqləyib. Bildirilib ki, tərəfdaşlığın bərpası qarşılıqlı milli maraqlara əsaslanan konkret yol xəritəsinə söykənməlidir.

Oxşar