İrakli Kobaxidze – ABŞ-a təmiz lövhədən, konkret yol xəritəsi ilə strateji tərəfdaşlığın yenilənməsini təklif edirik; son vaxtlar aparılan proseslər bizdə optimizm yaradır
Son vaxtlar aparılan proseslər bizdə optimizm yaradır ki, strateji tərəfdaşlığın yenidən qurulması real olaraq baş tutacaq. Qalan məsələ ABŞ tərəfinin qərarından asılıdır və biz səbrlə onların mövqeyini gözləyirik – bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze bu gün keçirilən brifinqdə bildirib.
Kobaxidzenin sözlərinə görə, Gürcüstan ABŞ-a təmiz lövhədən, konkret yol xəritəsi ilə strateji tərəfdaşlığın yenilənməsini təklif edir:
“Bizim təklifimiz belədir. ABŞ-a təmiz lövhədən, konkret yol xəritəsi ilə strateji tərəfdaşlığın yenilənməsini təklif edirik. Bu açıqlama açıq şəkildə verilib və son vaxtlar aparılan proseslər bizdə optimizm yaradır ki, strateji tərəfdaşlığın yenidən qurulması real olaraq baş tutacaq. Qalan məsələ ABŞ tərəfinin qərarından asılıdır və biz səbrlə onların mövqeyini gözləyirik”, – deyə İrakli Kobaxidze bildirib.