İrakli Kobaxidze – Abxaziyaya yanacağı biz aparmamışıq, biznes aparıb, əgər Abxaziyada yaşayan əhalinin vəziyyətini yüngülləşdirə biliriksə, bunu da edəcəyik, lakin “İşğal haqqında qanun” çərçivəsində
Əgər biz, o cümlədən Abxaziyada yaşayan əhalinin vəziyyətini yüngülləşdirə biliriksə, bunu da edəcəyik, lakin “İşğal haqqında qanun” çərçivəsində edəcəyik – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze işğal olunmuş Abxaziyaya yanacaq aparılması ilə bağlı verilən suala cavab olaraq deyib.
Kobaxidzenin sözlərinə əsasən, mövcud qanunvericilik çərçivəsi, o cümlədən “İşğal haqqında qanun” da belə bir şeyə icazə verir.
“Əgər belə bir addım atılıbsa və atılacaqsa, bütün bu kimi addımlar “İşğal haqqında qanun” çərçivəsində atılacaq. Əgər biz, o cümlədən Abxaziyada yaşayan əhalinin vəziyyətini yüngülləşdirə biliriksə, bunu da edəcəyik, lakin “İşğal haqqında qanun” çərçivəsində edəcəyik. Bizim, məhz orada yaşayan əhalinin, təkcə gürcü deyil, abxaz əhalisinin də dəstəklənməsinə yönəlmiş “Daha yaxşı gələcəyə doğru addım” proqramımız var. Biz aparmamışıq, biznes aparıb. Əgər belə bir addım atılırsa, “İşğal haqqında qanun” çərçivəsində atılır” – baş nazir bildirib.