İrakli Kobaxidze Abxaziyadan qalıqları gətirilən itkin düşmüş şəxslərin ailələrinə başsağlığı verib

15:10, 13.03.2025

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Sameba Kafedral Məbədində işğal olunmuş Abxaziya bölgəsindən qalıqları gətirilən, 1990-cı illərin silahlı münaqişələri zamanı itkin düşmüş şəxslərin mülki yas mərasimində iştirak edib.

Hökumət başçısı, prezident Mixeil Ğavelaşvili, parlamentin sədri Şalva Papuaşvili, icra və qanunvericilik hakimiyyətinin üzvləri ilə birlikdə həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.

Şəxsiyyəti müəyyən edilmiş altı nəfərin qalıqları – onlardan beşi hərbçi, biri isə mülki şəxsdir – Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Aparatı və Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlığı ilə gətirilib.

İki döyüşçü Diğomi Qardaşlıq Qəbiristanlığında, digərləri isə ailələrin qərarına əsasən, ailə qəbiristanlıqlarında hərbi ehtiramla dəfn ediləcək.

Oxşar