İrakli Kobaxidze - 9 Aprel faciəsinin 36-cı ildönümündə xarici qüvvə Rustaveli prospektində hələ də zorakılıq edir, xarici qüvvənin "mövcudluğu qısadır", sevgi və azadlıq nifrət və köləliyə qalib gələcək
9 Aprel, xarici qüvvənin vətəndaşlarımıza qarşı zorakılıq həyata keçirdiyi gündür – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin bəyanatında deyilir.
Hökumət başçısının bəyanatına əsasən, eyni zamanda, 9 Aprel Gürcüstanı birləşdirən, gürcülər arasında sevginin nifrətə qalib gəldiyi gündür.
“9 Aprel həm də azadlıq ideyasının köləliyə qalib gəldiyi gündür. Məhz bu səbəbdən, bu gün, heç vaxt olmadığı qədər, biz hər cür zorakılıqdan uzaq durmalı, nifrəti məğlub etməli və azadlıq ideyasını qorumalıyıq.
Bu gün, 9 Aprel faciəsinin 36-cı ildönümündə xarici qüvvə Rustaveli prospektində hələ də zorakılıq edir. Bu gün də Rustaveli prospektində xarici qüvvə nifrəti oyadır, gürcülər arasında birliyi süni şəkildə pozmağa çalışır və azadlıq ideyasına qarşı mübarizə aparır. Lakin, 9 aprel təcrübəsi bizə öyrətdi ki, xarici qüvvənin “mövcudluğu qısadır”, sevgi və azadlıq mütləq nifrət və köləliyə qalib gələcək” – bəyanatda deyilir.
Baş nazirin bəyanatına əsasən, bu gün xarici qüvvə Rustaveli prospektində zorakılığı təhrik etməyə çalışıb və buna nail ola bilməyəndə özü zorakılığa əl atıb.
“Biz nifrətə əlavə enerji verməyəcəyik və ölkəmizi xarici qüvvənin planlaşdırdığı, hətta kiçik, təxribatlardan qoruyacağıq.
Düşünürəm ki, sevgi və azadlıq ideyası uğrunda canlarını fəda etmiş 9 Aprel qəhrəmanlarının ruhları bizdən məhz bunu gözləyir. Biz bu gün onların xatirəsini layiqincə ehtiramla anacağıq. Gürcüstanda sevgi və azadlıq nifrət və köləliyə qalib gələcək” – baş nazirin bəyanatında deyilir.