İrakli Kobaxidze 28 noyabr bəyanatı ilə əlaqədar ictimai müzakirə keçirməyə hazır olduğunu bildirir
İrakli Kobaxidze 28 noyabr bəyanatı ilə əlaqədar ictimai müzakirə keçirməyə hazır olduğunu bildirir

 
Gürcüstanın Baş naziri İrakli Kobaxidze noyabrın 28-də verdiyi bəyanat ilə əlaqədar ictimai müzakirə keçirməyə hazır olduğunu bildirir

Müvafiq bəyanat hökumətin rəsmi “Facebook” səhifəsində yayılıb.

“İctimaiyyətə məlum olduğu kimi, noyabrın 28-də komandamız tərəfindən verilmiş bəyanata etiraz edən insanlarla ictimai müzakirə keçirməyə hazır olduğumuzu artıq dəfələrlə bildirmişik. Artıq bir neçə sabiq və indiki siyasətçi belə bir ictimai müzakirədə iştirak etməkdə maraqlı olduğunu deyib. Biz onlara 10-a qədər həmfikiri ilə birlikdə birbaşa efir formatında ictimai müzakirə aparmaq üçün sabah Gürcüstanın Hökumət Administrasiyasının binasına gəlmələrini təklif edirik”.