İrakli Kobaxidze - 26 oktyabrda Kaxa Kaladze bütün komanda ilə birlikdə bir daha növbəti Çempionlar Liqasını qazanacaq və kollektiv “Milli Hərəkat”a azarkeşlik edən hamı məğlub olacaq
İrakli Kobaxidze - 26 oktyabrda Kaxa Kaladze bütün komanda ilə birlikdə bir daha növbəti Çempionlar Liqasını qazanacaq və kollektiv “Milli Hərəkat”a azarkeşlik edən hamı məğlub olacaq

 
26 oktyabrda Kaxa Kaladze bütün komanda ilə birlikdə bir daha növbəti Çempionlar Liqasını qazanacaq və kollektiv “Milli Hərəkat”a azarkeşlik edən bütün insanlar məğlub olacaqlar – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Almaniyanın Gürcüstandakı səfirinin sosial şəbəkədə dərc etdiyi statusla bağlı Kobaxidzeyə sual ünvanlayıblar.

“Ona demək istəyirəm ki, 26 oktyabrda Kaxa Kaladze bütün komanda ilə birlikdə bir daha növbəti Çempionlar Liqasını qazanacaq, gürcü və ya əcnəbi olsun, kollektiv “Milli Hərəkat”a azarkeşlik edən bütün insanlar məğlub olacaqlar. Əlbətdə, kollektiv “Milli Hərəkat”ın hakimiyyətə qayıdışı və bu hadisə yönəlik istənilən azarkeşlik tamamilə qəbuledilməzdir” – İrakli Kobaxidze bildirib.

Dünən, oktyabrın 14-də paytaxtın meri Kaxa Kaladzedən Almaniyanın Avropa məsələləri üzrə naziri Ana Lurmanın Gürcüstanı avrointeqrasiya yolunda dəstəklədikləri və bunun Gürcüstanın indiki hakimiyyətinə aid olmaması haqda bəyanatını necə şərh edəcəyini soruşublar. Kaxa Kaladze məsələni qiymətləndirərkən qeyd edib ki, “bu xanım don geyinmiş adi Kubiliusdur”. Daha sonra Almaniyanın Gürcüstandakı səfiri Piter Fişer Kaladzeyə cavab olaraq öz “Twitter” səhifəsində yazdı: “Bu gün kimsə avtoqol vurdu”.