İrakli Kobaxidze - 26 May ümummilli bayramdır, bu, ümumxalq şənliyi olmalıdır, təbii ki, radikal müxalifətə nəsə ciddi təxribat təşkil etməyə imkan verə bilmərik
İrakli Kobaxidze - 26 May ümummilli bayramdır, bu, ümumxalq şənliyi olmalıdır, təbii ki, radikal müxalifətə nəsə ciddi təxribat təşkil etməyə imkan verə bilmərik

 

Təxribatlardan, hətta qurbanlardan belə danışırlar, lakin radikal müxalifətin planları əlbətdə baş tutmayacaq, 26 May milli bayramdır və müvafiq şəkildə keçiriləcək – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.

O, hakimiyyətin radikal müxalifətə ciddi təxribat təşkil etməyə imkan verməyəcəyini bildirib. Həmçinin, baş nazir qeyd edib ki, bunun üçün hətta elementar resursları belə yoxdur.

“Təxribatlardan, hətta qurbanlardan belə danışırlar, lakin onların planları əlbətdə baş tutmayacaq. Bunun üçün onların elementar resursları yoxdur. Öz sahibinin müxalifəti haraya apardığını görürsünüz. Gündəlik təxminən 150 nəfər Rustaveli prospektinə çıxır və onlar hər gün müxalifətin zəif simasının necə olduğunu ictimaiyyətə göstərirlər. Bu şərtlər daxilində radikal müxalifətin heç bir təxribat təşkil etməyə resursu yoxdur. Müvafiq olaraq, 26 May bayramı necə lazımdırsa, elə də keçəcək. Bu, ümummilli bayramdır, bu Müstəqillik Günüdür. Müvafiq olaraq, bu, ümumxalq şənliyi olmalıdır və təbii ki, radikal müxalifətə nəsə ciddi təxribat təşkil etməyə imkan verə bilmərik. Bu gün ümummilli bayram kimi keçirilməlidir” – İrakli Kobaxidze bildirib.