İrakli Kobaxidze 24 noyabrda Roma Papası, XIV Leo ilə görüşəcək
İrakli Kobaxidze 24 noyabrda Roma Papası, XIV Leo ilə görüşəcək

Gürcüstanın Baş naziri İrakli Kobaxidze 24 noyabrda Roma Papası XIV Leo ilə görüşəcək.

Səfər çərçivəsində Gürcüstan hökumət başçısının Müqəddəs Taxtın dövlət katibi, kardinal Pietro Parolin ilə görüşü planlaşdırılır.

İrakli Kobaxidze Vatikana xarici işlər naziri Maka Bochorishvili, mədəniyyət naziri Tinatin Ruxadze və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani daxil olan nümayəndə heyəti ilə birlikdə səfər edəcək.