İrakli Kobaxidze - 2030-cu il üçün Gürcüstanın Avropa İttifaqına üzv olması mümkündür, top Brüsselin meydançasındadır, ittifaq yeni üzvlərə münasibətdə daha çox çevikliyə ehtiyac duyur
2030-cu il üçün Gürcüstanın Avropa İttifaqına üzv olması mümkündür – bu haqda baş nazir İrakli Kobaxidze “Euronews”a eksklüziv müsahibəsində deyib.
Baş nazir Avropa İttifaqına üzvlük danışıqları prosesində Brüsselin daha çox çevik olması zərurətindən danışır.
İrakli Kobaxidzenin müsahibəsində qeyd etdiyi kimi, top hazırda Brüsselin meydançasındadır və ittifaq yeni üzvlərə münasibətdə daha çox çevikliyə ehtiyac duyur. O bildirib ki, Gürcüstanın Avropa bürokratiyası ilə kifayət qədər ciddi çağırışları var, lakin ölkənin 2030-cu ildə Avropa İttifaqına üzv olacağı baxımından nikbin əhvali-ruhiyyədədir.
“Biz qətiyyətlə bu məqsədə doğru irəliləməyə davam edəcəyik və ümid edirik ki, növbəti illərdə Gürcüstana münasibət daha ədalətli olacaq” – baş nazir bildirir.
“Euronews”un yazdığı kimi, İrakli Kobaxidzenin qiymətləndirməsinə əsasən, bu gün Gürcüstanla Avropa İttifaqı arasında sağlam münasibətlərin olmamasının səbəbi Gürcüstanın siyasəti deyil, Avropanın Gürcüstana qarşı bürokratik siyasətidir və əgər bu siyasət dəyişsə, hər şey düzələcək.
“Münasibətlərimizin indiki vəziyyəti bizim üçün qəbuledilməzdir. Biz Avropa İttifaqı ilə bu mərhələdə görmədiyimiz sağlam münasibətlərdə maraqlıyıq. Lakin biz əminik ki, bunun səbəbi Gürcüstanın siyasəti deyil, Avropanın Gürcüstana qarşı bürokratik siyasətidir. Beləliklə, əgər bu siyasət dəyişsə, hər şey düzələcək” – İrakli Kobaxidze bildirir.