İrakli Kobaxidze - 2026-cı ilin yay mövsümü üçün Tbilisi-Batumi hissəsində qatarla səyahət müddəti yarım saat azalacaq
Dəmir yolunun əməliyyat proseslərinin optimallaşdırılması, mövcud inzibati maneələrin aradan qaldırılması və xidmətlərin rəqəmsallaşdırılması üzərində fəal şəkildə çalışırıq, nəticədə də 2026-cı ilin yay mövsümü üçün Tbilisi-Batumi hissəsində qatarla səyahət müddəti yarım saat azalacaq – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan Dəmir Yolunun modernləşdirilməsi layihəsinin başa çatmasına həsr olunmuş tədbirdə çıxışı əsnasında deyib.
Hökumət başçısı dəmir yolunun modernləşdirilməsi layihəsinin həyata keçirilməsində iştirak edən hər kəsə təşəkkür edib.
“Bu gün sizin peşəkarlığınızın və zəhmətinizin nəticəsidir. Güclü dövlət məhz belə layihələr üzərində dayanır və Gürcüstan üçün daha yaxşı gələcək məhz belə addımlarla qurulur” – İrakli Kobaxidze bildirib.