İrakli Kobaxidze: 2025-ci ildə Gürcüstana 7,8 milyon səfər həyata keçirilib. Bu, 5,9 faizlik artım deməkdir. Ötən il ölkə turizmdən 4,7 milyard dollar gəlir əldə edib
“Turizm sahəsində son iki il ərzində də artım tendensiyası müşahidə olunub”. Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında bildirib.
Baş nazirin sözlərinə görə, 2025-ci ildə Gürcüstana 7,8 milyon səfər həyata keçirilib ki, bu da əvvəlki illə müqayisədə 5,9 faiz artım deməkdir.
“Turist səfərlərinin sayında da rekord göstəriciyə nail olunub. Gəlirlər baxımından da rekord nəticə qeydə alınıb. Ötən il ölkə turizmdən 4,7 milyard dollar gəlir əldə edib. Bu isə əvvəlki illə müqayisədə 6 faizlik artım deməkdir”, – deyə Baş nazir bildirib.