İrakli Kobaxidze - 2024-cü ildə müsbət miqrasiya saldosuna malik idik, maksimum dərəcədə miqrantlarımızı geri qaytarmaq bizim vəzifəmizdir
İrakli Kobaxidze - 2024-cü ildə müsbət miqrasiya saldosuna malik idik, maksimum dərəcədə miqrantlarımızı geri qaytarmaq bizim vəzifəmizdir

 

2024-cü ildə müsbət miqrasiya saldosuna malik idik, yəni ölkəni tərk edənlərin sayı ölkəyə qayıdanların sayından azdır, ölkədən çıxanlardan təxminən 850 nəfər çox ölkəyə daxil olub – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında bildirib.

Baş nazir bildirib ki, maksimum dərəcədə miqrantları vətənə geri qaytarmaq hökumətin vəzifəsidir.

“2024-cü ildə müsbət miqrasiya saldosuna malik idik, yəni ölkəni tərk edənlərin sayı ölkəyə qayıdanların sayından azdır. O cümlədən, konkret olaraq, Gürcüstan vətəndaşları hissəsində də ölkədə müsbət miqrasiya saldosuna malikik. Ölkədən çıxanlardan təxminən 850 nəfər çox ölkəyə daxil olub. Maksimum dərəcədə miqrantlarımızı ölkəmizə geri qaytarmaq bizim vəzifəmizdir və bu baxımdan da iqtisadi artımın yüksək tempinin qorunması vacibdir. Digər demoqrafik göstəricilərə, məsələn, doğum göstəricisi, nikah və boşanma göstəricilərinə gəlincə, burada təəssüf ki, arzuolunmaz vəziyyət mövcuddur və bu məsələ üzərində də fəal iş aparılır” – baş nazir bildirib.