İrakli Kobaxidze – 2021-2025-ci illərdə orta iqtisadi artım 9.3 faiz təşkil edib, bu tendensiya bu il də davam edir
2021-2025-ci illərdə orta iqtisadi artım 9.3 faiz təşkil edib. Bu tendensiya bu il də davam edir: ilkin məlumatlara əsasən, 2026-cı ilin ilk 8 ayında iqtisadi artım 7.6%-ə çatıb. Qeyd edilməlidir ki, yüksək iqtisadi artım böyük ölçüdə nisbətən yüksək məhsuldarlığa malik sahələrin inkişafı ilə şərtlənmişdir. İnformasiya və kommunikasiya texnologiyaları xidmətlərinin ixracı bunlar sırasındadır – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisi Maliyyə Sammitində çıxışı zamanı açıqlayıb.
O bildirib ki, müsbət makroiqtisadi tendensiyalarla yanaşı, Gürcüstan iqtisadiyyatının inkişafında, xüsusən də beynəlxalq kapitalın cəlb edilməsinin sektorun rəqabət qabiliyyətinin artırılmasına, yeni texnologiyaların tətbiqinə və ölkənin regional maliyyə mərkəzi kimi potensialının güclənməsinə kömək etdiyi maliyyə sektorunda birbaşa xarici investisiyaların artan rolunu qeyd etmək vacibdir.
“Bu gün Gürcüstanın ikinci Tbilisi Maliyyə Sammitinə ev sahibliyi etməsinə şadam. Bu miqyaslı beynəlxalq platformanın əsası ötən il qoyulmuşdur və o, dünyanın müxtəlif bölgələrindən maliyyə sektorunun, texnologiya sənayesinin və beynəlxalq qurumların nümayəndələrini bir araya gətirir. Bugünkü tədbirdə 50-dən çox ölkədən 800-dək nümayəndənin iştirak etməsi qeyd edilməlidir.
Tədbirin həmtəşkilatçısının beynəlxalq şəbəkəsində Gürcüstanla yanaşı, dünyanın aparıcı ölkələrinin təmsil olunduğu Sinqapurun “Global Finance & Technology Network” (GFTN) təşkilatı olması xüsusilə alqışa layiqdir.
Gürcüstan əsrlər boyu Şərqlə Qərb arasında birləşdirici körpü olub. Bu gün qlobal iqtisadi və geosiyasi dəyişikliklər fonunda bu tarixi rol yeni əhəmiyyət qazanır. Strateji mövqeyimiz, infrastrukturumuz, makroiqtisadi sabitliyimiz və əlverişli investisiya mühitimiz Gürcüstanın ticarət, logistika, maliyyə və texnoloji innovasiyalar istiqamətində regional mərkəzə çevrilməsi üçün yaxşı zəmin yaradır.
Bu potensialın reallaşmasına yüksək iqtisadi artım dinamikası da kömək edir. 2021-2025-ci illərdə orta iqtisadi artım 9.3 faiz təşkil edib. Bu tendensiya bu il də davam edir: ilkin məlumatlara əsasən, 2026-cı ilin ilk 8 ayında iqtisadi artım 7.6%-ə çatıb. Qeyd edilməlidir ki, yüksək iqtisadi artım böyük ölçüdə nisbətən yüksək məhsuldarlığa malik sahələrin inkişafı ilə şərtlənmişdir. İnformasiya və kommunikasiya texnologiyaları xidmətlərinin ixracı bunlar sırasındadır.
Müsbət makroiqtisadi tendensiyalarla yanaşı, Gürcüstan iqtisadiyyatının inkişafında, xüsusən də beynəlxalq kapitalın cəlb edilməsinin sektorun rəqabət qabiliyyətinin artırılmasına, yeni texnologiyaların tətbiqinə və ölkənin regional maliyyə mərkəzi kimi potensialının güclənməsinə kömək etdiyi maliyyə sektorunda birbaşa xarici investisiyaların artan rolunu qeyd etmək vacibdir.
Bu gün ölkəyə birbaşa xarici investisiyaların cəlb edilməsində maliyyə sektoru aparıcı yer tutur” – İrakli Kobaxidze açıqlayıb.