İrakli Kobaxidze - 1000 larilik pensiya ilə bağlı "Lelo" və Xazaradze müxalifətin özü tərəfindən yalanda ifşa olundu
1000 larilik pensiya ilə bağlı müzakirə yadınızdadırmı? “Lelo” və Xazaradze müxalifətin özü tərəfindən yalanda ifşa olundu – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.
Baş nazir, “Lelo”nun seçki vədinin adi seçki yalanı olduğunu bildirib.
“Lelo” və Xazaradze müxalifətin özü tərəfindən bu yalanda ifşa olundu. 1000 larilik pensiya ilə bağlı aparılan müzakirə yadınızdadırmı? Bir çox başqa müxalifət partiyaları onların bu yalanını o qədər asan tutdular ki, bu haqda daha çox müzakirə etməyə dəyməz. Bu, bu siyasi partiyanın yaydığı adi seçki yalanıdır” – baş nazir bildirib.