İrakli Kobaxidze - Əziz on ikinci sinif şagirdləri, məktəbi bitirməyiniz münasibətilə sizi təbrik edirəm, qarşıda böyük inkişaf meydanı var, sizin çalışqanlığınız və enerjiniz ölkəmizin sabahkı gününü yaratmalıdır

Gürcüstanın Baş naziri İrakli Kobaxidze on ikinci sinif şagirdlərini məzun olmaları münasibətilə təbrik edir.

Baş nazirin qeyd etdiyi kimi, onların çalışqanlığı və enerjisi Gürcüstanın sabahkı gününü yaratmalıdır.

“Əziz on ikinci sinif şagirdləri, məktəbi bitirməyiniz münasibətilə sizi təbrik edirəm! Son zəngdən sonra həyatınızın tamamilə yeni mərhələsi başlayır. Qarşıda böyük inkişaf və özünüreallaşdırma meydanı var. İnanıram ki, istedadınız və əməyinizlə cəmiyyətdə layiqli yer tutacaqsınız. Sizin çalışqanlığınız və enerjiniz ölkəmizin sabahkı gününü yaratmalıdır. Qarşınıza qoyduğunuz bütün hədəflərə çatmağınızı arzulayıram!” – baş nazir qeyd edir.