İrakli Kobaxidze - Əvvəlki dörd il çağırışlarla dolu idi, biz iki inqilab cəhdindən, müharibəyə sürüklənmək cəhdindən keçdik, lakin birliyimizlə bütün çağırışların öhdəsindən gəldik
Əvvəlki dörd il çətinliklər və çağırışlarla dolu dörd il idi. Bu dörd il ərzində biz iki inqilab cəhdindən keçdik, iqtisadiyyatımızı çökdürmək cəhdindən, ölkəmizi müharibəyə sürükləmək cəhdindən keçdik, lakin biz birliyimizlə bacardıq və bütün çağırışların öhdəsindən gəldik, sülhü qoruduq və bu dörd il ərzində ölkənin iqtisadiyyatını 40 milyard lari artırdıq – bu haqda Gürcüstanın baş naziri postuna namizəd İrakli Kobaxidze parlamentdə bildirib.
Kobaxidzenin qeyd etdiyi kimi, bütün bunlar komandanın birliyinin, komanda gücünün nəticəsi idi.
“Fürsətdən istifadə edərək, bu birliyə, birgə mübarizəyə görə hər birinizə təşəkkürümü bildirmək istəyirəm, ölkəmizin ötən dörd il ərzində əldə etdiyi nailiyyətlər məhz bu mübarizənin nəticəsidir. Bu gün Gürcüstan suverendir və heç vaxt olmadığı kimi güclüdür və bu, sizin hər birinizin sayəsindədir. Əlbətdə, biz ölkəmizin inkişafının qayğısına qalmalıyıq. Ölkəmizdə elə insanlar var ki, onlar iddia edirlər ki, məsələn biz qeyri-hökumət təşkilatlarının şəffaflığı haqqında qanun qəbul etsək, səhəri gün Çelyabinskdə oyanacağıq, heyrətamiz tezis var, bu qanunu qəbul edərsək Gürcüstanda itə “sabaka” deyiləcəyini iddia edən insanlar var və bu istiqamətdə Avropa İttifaqı ilə danışıqlar açılsa, sabah Tbilisidə, Gürcüstanda deyil, Brüsseldə oyanacağımızı və itə “it” deyil məsələn “doq” və ya başqa cür deyiləcəyini zənn edən insanlar var. Nə olursa olsun, sizi əmin edirəm ki, biz mütləq bu ölkədə yaşayacağıq. Biz bu ölkənin qayğısına qalacağıq, bu ölkədə itə “it” deyiləcək, insana “insan” deyiləcək”, bu ölkəyə “ölkə” deyiləcək” və dövlətə “dövlət” deyiləcək. Bu bizim Gürcüstan qarşısında məsuliyyətimizdir” – İrakli Kobaxidze bildirib.