İrakli Kobaxidze - Əsas vəzifəmiz yoxsulluğun sıfıra endirilməsidir, düşünürük ki, iqtisadi artım baxımından bizdəki templəri nəzərə alsaq, bunun üçün bizə bir neçə il lazım olacaq
Əsas vəzifəmiz ölkəmizdə yoxsulluğun tamamilə aradan qaldırılmasıdır, sıfıra endirilməsidir və düşünürük ki, iqtisadi artım baxımından bizdəki templəri nəzərə alsaq, bunun üçün bizə bir neçə il lazım olacaq – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.
Hökumət başçısının qeyd etdiyi kimi, yoxsulluğun azaldılmasına ilk növbədə iqtisadi artım təsir göstərir.
“Biz ötən il də iqtisadi artımın yüksək tempini qoruyub saxlaya bildik. Keçən ilin göstəricilərinə əsasən iqtisadi artım 7.5% idi və belə şəraitdə yoxsulluğun azalması təbiidir. Bilirsiniz ki, 2012-ci ildə yoxsulluq göstəricisi 30% idi, bu o deməkdir ki, 2012-ci ildə 1 milyon 100 mindən çox insan yoxsulluq həddindən aşağı yaşayırdı. Hazırda 2024-cü ilin göstəricilərinə əsasən bu göstərici 9,4%-dir. 2025-ci ilin göstəricilərini gözləyirik və düşünürük ki, ümumi meyarlara əsasən yoxsulluğun göstəricisi azalmış olacaq. Əsas vəzifəmiz ölkəmizdə yoxsulluğun tamamilə aradan qaldırılmasıdır, sıfıra endirilməsidir və düşünürük ki, iqtisadi artım baxımından bizdəki templəri nəzərə alsaq, bunun üçün bizə bir neçə il lazım olacaq” – baş nazir bildirib.