İrakli Kobaxidze – Ərzaq, dərman və yanacaq üzrə qiymətlərin dərin təhlilinə başlamışıq, analoji prosesi pestisidlər və aqrokimyəvi vasitələr istiqamətində də başladırıq
İrakli Kobaxidze – Ərzaq, dərman və yanacaq üzrə qiymətlərin dərin təhlilinə başlamışıq, analoji prosesi pestisidlər və aqrokimyəvi vasitələr istiqamətində də başladırıq

“Bildiyiniz kimi, biz ərzaq məhsulları, dərman vasitələri və yanacaq kimi mühüm sahələrdə qiymətlərin dərin təhlilinə başlamışıq və analoji prosesi pestisidlər və aqrokimyəvi vasitələr istiqamətində də başladırıq”, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, bu məsələ xüsusilə fermerlər üçün böyük əhəmiyyət daşıyır, çünki pestisidlərin qiyməti və əlçatanlığı kənd təsərrüfatı istehsalının maya dəyərinə, fermerlərin rəqabət qabiliyyətinə və ərzaq məhsullarının qiymətlərinə birbaşa təsir göstərir.

“Qiymətləndirməmizə əsasən, Gürcüstanda həm pestisidlərin yüksək qiymətləri, həm də onların həddindən artıq istifadəsi praktikası müşahidə olunur. Hər iki istiqamətdə ciddi çağırışlar var və Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi fermerlər və sahə mütəxəssisləri ilə məsləhətləşmələr əsasında yaxın zamanda ədalətli sistem formalaşdıracaq. Məqsədimiz və vəzifəmiz pestisidlərin əhali üçün əlçatan qiymətlərlə təmin olunmasıdır. Artıq görülmüş işlərə görə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı nazirinə təşəkkür edirəm. Bu, çox ciddi və mühüm çağırışdır və əminəm ki, bu istiqamətdə konkret nəticələr əldə olunacaq”, – deyə Baş nazir bildirib.