İrakli Kobaxidze – Əminəm ki, Qaxaria tərəfdarlarının böyük əksəriyyəti ikinci turda namizədlərimizi dəstəkləyəcək

13:26, 05.10.2021

Seçkilərin ikinci turunda bütün dairələrdə qalib gələcəyik. Əlimizdə olan məlumatlar budur. Qaxariyanın mövqeyi heç bir əhəmiyyət kəsb etmir, faktorunun Gürcüstan siyasətində heç bir yükü yoxdur. O, öz rolunu yerinə yetirməyə çalışdı, – deyə “Gürcü Arzusu” nun sədri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, Qaxariyanın əsas funksiyası Melianı ikinci tura aparmaq deyil, “Gürcü Arzusu” nu 43%-ə çatdırmaq idi.

“Qaxariya bu vəzifəni yerinə yetirə bilmədi, buna görə ona tapşırıqlar verənlər də daxil olmaqla hamı üçün tamamilə dəyərini itirmiş sayılır. Qaxariya və onun partiyasına səs verən 100 mindən çox seçiciyə gəlincə, bütün məlumatları qiymətləndirəcəklərinə böyük ümidlər bəsləyirəm. Qaxariyanın təyinatı ilə bağlı dediklərimizi də xatırlayacaqlar. Bundan nəticə çıxaracaqlar və əminəm ki, onların böyük əksəriyyəti ikinci turda namizədlərimizi dəstəkləyəcəklər”, – deyə Kobaxidze bildirib.

Oxşar