İrakli Kobaxidze - Əlaqələndirmə funksiyamızı, Orta Dəhlizi inkişaf etdirmək vəzifələrdən biridir və bu baxımdan Mərkəzi Asiya ölkələri, xüsusən Özbəkistanla əməkdaşlıq böyük əhəmiyyət daşıyır
Əlaqələndirmə funksiyamızı, Orta Dəhlizi inkişaf etdirmək vəzifələrdən biridir və bu baxımdan Mərkəzi Asiya ölkələri, xüsusən Özbəkistanla əməkdaşlıq böyük əhəmiyyət daşıyır – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Özbəkistanda gürcü jurnalistlərə deyib.
İrakli Kobaxidzenin qeyd etdiyi kimi, Gürcüstan iqtisadi əlaqələri maksimal şəkildə genişləndirir.
“Biz bir çox ölkələrlə azad ticarət sazişi imzalamışıq və bütün bunlar ölkəmizə öz iqtisadi imkanlarını daha da inkişaf etdirməyə kömək edəcək. Bilirsiniz ki, ötən 4 il ərzində iqtisadi artım tempimiz çox yüksək olmuşdur, ötən 4 il ərzində orta artım demək olar ki, 10 faiz olmuşdur və biz bu ilə də çox yaxşı başlamışıq. Yanvarın göstəricisi 11,1 faiz olub. Bizim üçün ən vacib olan odur ki, tempi aşağı salmayaq, əksinə, iqtisadiyyatın inkişafına daha da təkan verək. Bu baxımdan, bir daha təkrarlayıram ki, Özbəkistanla ikitərəfli əməkdaşlığımız xüsusi əhəmiyyət daşıyacaq” – İrakli Kobaxidze bildirib.