İrakli Kobaxidze Əbu-Dabinin Dayanıqlı İnkişaf Həftəsi sammitinin açılış mərasimində iştirak edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Əbu-Dabinin Dayanıqlı İnkişaf Həftəsi sammitində iştirak edir.
Hökumət başçısı nümayəndə heyəti ilə birlikdə Əbu-Dabinin Milli Sərgi Mərkəzində keçirilən sammitin açılış mərasimində və Zayed Dayanıqlılıq Mükafatı ilə təltif etmə mərasimində iştirak edib.
Birləşmiş Ərəb Əmirliklərinin Sənaye və Qabaqcıl Texnologiyalar naziri Sultan Ahmed Al-Caber sammitin açılışını edib.
Tədbirdə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Mohamed bin Zaied Al-Nahyan iştirak edib və Zayed Dayanıqlılıq Mükafatının müxtəlif kateqoriyalarının qaliblərini mükafatlandırıb.